Logo

Azərbaycanlı alimlər “Yunis Əmrə və Türk Dünyası” Beynəlxalq Elmi Simpoziumda iştrak edib

20.03.2021 19:03 769 baxış
IMG

19 Mart 2021 tarixində bir grup azərbaycanlı alim videokonfrans şəklində keçirilən “Yunis Əmrə və Türk Dünyası” Beynəlxalq Elmi Simpoziumda iştirak ediblər. Türkiyənin Üsküdar Universitetinin təşkilatçılığı ilə baş tutan bu elmi tədbir Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən 2021-ci ili “Yunus Əmrə ili” elan etməsi çərçivəsində keçirilib. Simpoziumda Türkiyə və Azərbaycanla birgə həm də Rusiya və Almaniyadan elm adamları məruzə ilə çıxış edibər.

 

Simpoziumun açılışı ünlü türk ozanı və sufi şairi Yunus Əmrənin ədəbi yaradıcılığından söylənən şeir və musiqi parçaları və salamlama nitqləri ilə müşayiət olundu. Azərbaycan adından simpozium iştirakçılarını salamlayan gənc tədiqatçı Fərəh Quliyeva Yunis Əmrənin həyatı və irsinin Türk dünyasının üçün örnək, Yaradana və Yaradılana sevgi mənbəyi olduğunu qeyd etdi.

 

Simpoziumun açılış hissəsində Üsküdar Universiteti sosiologiya kafedrasının müdiri və simpoziumun təşkilat komitəsinin sədri professor Əbülfəz Süleymanlı, Üsküdar Üniversiteti Rektor əvəzi professor Mehmet Zelka, Türkiyə İnsan Haqları və Eşitlik Qurumu Başqanı Süleyman Arslan, Üsküdar Üniversitesi Qurucu Rektoru professor Nevzat Tarhan, Türkiyə Cumhuriyəti Mədəniyyət və Tuzrizm Nazir muavini Özgül Özkan Yavuz simpozium iştirakçılarını salamlayaraq ədalətli, bərabər hüquqlu və əmin-manlıq şəraitində bir həyat üçün bugün dünyamızın hər zamankindən daha çox Yunis Əmrəyi idrak etməyə ehtiyacı olduğunu qeyd etdilər.

 

Elmi tədbirin birinci hissəsi Yunus Əmrə yaradıcılığının fəlsəfi aspektlərinə həsr olunmuşdu. Öncə birinci hissənin moderatoru professor Adnan Ömərustaoğlu öz əhatəli çıxışı ilə Əmrə yaradıcılığının ontoloji, ekzistensial və digər fəlsəfi cərəyanlara məxsus olan ideyalarla səsləşən aspektlərini açıkladı. Üsküdar Universitetinin qurucu rektoru professor Nevzat Tarhan Əmrə yaradıcılığı və Qərb fəlsəfəsi arasında narsizim ideyası kontekstində olduqca maraqlı bir müqayisə apararaq türk milli-əxlaqi düşüncə sisteminin möhkəm tarixi köklərə söykəndiyini və bu dərin köklərin Qərb ideoloji buxovlarından m qorunmasının zəruriliyini qeyd etdi. AMEA-nın əməkdaşı, professor Almaz Binnətovanın “Yunis Əmrə Eşqi” mövzusundakı çıxışı simpozium iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.

 

Növbəti çıxışçı sosiologiya elmləri doktoru Fahri Atasoy öz çıxışını Qərb-Şərq fəlsəfi sistemləri kontekstində Əmrə yaradıcılığının mahiyyətini və ədəbi formasının müqayisəli təhlilini apararaq , Əmrənin yaradıcılığına milli fəlsəfi baxış bucağından yanaşmanın vacibliyini qeyd etdi. Azərbaycanlı alim Asif Bayramov diqqəti xüsusi olaraq Yunus Əmrə yaradıcılığının milli-tarixi köklərinə cəmlədi və bildirdi ki, türk xalqları insanlıq tarixinin bütün çağlarında məzmun və formaca istər Qərbdən, istərsə Şərqdən fərqli olan, tamamilə unikal bir tarixi mədəniyyət və düşüncə sistemi yaradıblar.

 

Simpoziumun ikinci hissəsi Yunus Əmrə yaradıcılığının elmi-filoloji tədqiqinə həsr olundu. İkinci hissənin moderatoru Yunis Əmrə ədəbi yaradıcılığının önəmli tədqiqatçılarından biri olan İstanbul Universiteti Ədəbiyat Fakültəsi dekanı, professor Həyati Dəvəli, Yunis Əmrə poeziyasının Türk və Avrasiya toplumlarındakı təsirlərinin tədqiq olunmasının vacibliyini qeyd etdi. Daha sonra söz alan Mərəmərə Universitetindən professor Mehemt Aça Yunis Əmrə poeziyasında məna axtarışlarından, Sankt- Peterburg Dövlət Universitetindən şərqşünas alim Appolinariya Avrutina Rusiyada Yunis Əmrə şerlərinin tərcümələrinə həsr olunmuş mövzularda məruzə ilə çıxış etdilər. Bu paneldə iştirakçılar arasında Azərbaycanlı alimlər çoxluq təşkil edirdilər. Yunus Əmrə yaradıcılığının xüsusi tədqiqatçısı olan AMEA-nın əməkdaşı, Azərbaycanlı alim xanım Xuraman Binnətova geniş və əhatəli çıxışında Əmrə yaradıcılığının fərqli aspektlərinin araşdırılmasına həsr olunmuş monaqrafiyalarını və kitabları nümayiş etdirməklə həm də Yunus Əmrənin Azərbaycan xalqının qəlbinə və ruhuna nə qədər yaxın olduğunu sərgilədi.

 

Bu hissədə Almaniyadan iştirak edən Azərbaycan əsilli alim Dr. Orhan Aras Əhməd Yesevi’dən Yunis Əmrəyə Türk Dilinin inkişaf mərhələlərindən bəhs etdi.

 

İkinci hissənin sonunda söz alan Azərbaycanlı alim Şahnaz Kamalovanın tədqiqatı isə Əmrə yaradıcılığı ilə bağlı, hələ ki, filoloji tədqiqat sahəsində yeni olan bir mövzuya, Göytürk abidələrinin və Əmrənın ədəbi dilinin müqayisəli təhlilinə həsr edilmişdi. İşrirakçı alimlərin təşəkkür və minnətdarlıq çıxışları ilə simpozium öz işini uğurla başa vurdu.

Xəbər lenti