Logo

Tarix Muzeyinin əməkdaşlarının Özbəkistanda keçirilən konfransda məruzələri dinlənilib

27.03.2023 21:33 210 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Özbəkistan Elmlər Akademiyası Tarixi Dövlət Muzeyinin təşkil etdiyi “Muzeyşünaslıq XXI əsrdə: tədqiqatlar, ənənələr və innovasiyalar” adlı onlayn beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə Tarix Muzeyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq tədbirdə muzeyin Numizmatika fondunun müdiri Aygün Məmmədova Azərbaycan və Özbəkistanda aşkarlanmış Abbasilər dövrünün Səmərqənd gümüş dirhəmləri, İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi Azərbaycan muzeylərində yeni inklüziv təcrübənin tətbiqi, Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi Emin Məmmədov müasir dünyada muzey işinin inkişafı haqqında danışıblar.

Xəbər lenti