Qazaxıstanda məktəblilər arasında kütləvi zəhərlənmə olub.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çimkənd şəhərində keçirilən olimpiadada zamanı baş verib.
Belə ki, şəhərdə riyaziyyat fənni üzrə olimpiada təşkil olunub. Yarışda iştirak edən 900-dən çox uşaqdan 12-si xəstəxanaya yerləşdirilib.
Hazırda həkimlər zərərçəkənlərə nəzarət edirlər. Onlar gənc riyaziyyatçıların necə və nə ilə zəhərlənə biləcəyini müəyyənləşdirirlər.