Logo

Rektor kafedraların fəaliyyətini tənqid etdi: "Sovet nümunəsidir..."

17.01.2022 09:45 210 baxış
IMG

“Universitetlərdə sovet mirasının nümunələrindən biri də kafedradır. Həqiqət odur ki, sovet dönəmində planlı iqtisadiyyat üçün çatışmayan kadrların hazırlanmasında kafedraların böyük xidməti olmuşdur. Amma bu iş kadr hazırlığında rəqabət olmayan şəraitdə yerinə yetirilib və bu gün isə rəqabət həlledici amillə çevrilib”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, kafedralar bir qayda olaraq müəyyən ixtisaslar üzrə formalaşır. Artıq Boloniya sisteminə, bakalavr-magistr təhsil modelinə keçidlə bakalavr​ səviyyəsində ixtisaslaşma ləğv edilib. Kafedralar elmi struktur vahidi kimi deyil, ilk növbədə təhsil vahidi kimi yaradılıb və bu ənənə davam edir: “Sirr deyil ki, çox-çox az istisnalarla kafedralar müəyyən elmi istiqamətlərin inkişaf mərkəzi və təşkilatçısı kimi fəaliyyət göstərmir. Köhnəlmiş fənnlərin müasirlərilə əvəz edilməsində, tədris prosesinin təkmilləşməsində kafedraların mövqeyi tədris prosesinin optimallaşdarmasına yardım etmir. Kafedralar akademik və inzibati səlahiyyətlərin bölünməsini təmin etmir və strateji məsələlərə fokuslana bilmir”.

Rektorun sözlərinə görə, sovet dönəmində ali təhsilə tələbə qəbulunun strukturu və sayı sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada təsdiqlənirdi. Həmin dövrdə müəssisələrin hamısı dövlət müəssisələri idi və ali əhsil müəssisələrinin məzunları mütləq qaydada planda nəzərdə tutulmuş müəssisələrdə təyinata uyğun olaraq işləməli idilər:

“Şübhəsiz ki, qəbul planında həmim dövlət müəssisələrinin sifarişləri nəzərə alınırdı. Sovet planının olmadığı, bazar iqtisadiyyatı və ölkə iqtisadiyyatında özəl sektorun payının 85 faiz təşkil etdiyi mövcud şəraitdə universitetlərə tələbə qəbulu planının strukturu və sayı mərkəzləşdirilmiş qaydada təsdiq edilir. Deyilənlər qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə aid deyil. Qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini məqsədəuyğun və alternativsiz hesab edirik”.

BakuPost

Xəbər lenti