Logo

ADNSU və UFAZ tələbələri İsveçdə geofizika üzrə çöl düşərgəsində iştirak ediblər

26.09.2025 13:58 41 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SEG ASOIU Tələbə Cəmiyyətinin üzvləri — Nuray Abbasova, Farid Əsədli, Məryəm İsayeva, Mədinə Cəfərzadə və Kamilə Rəhimova 12 avqust – 30 sentyabr 2025-ci il tarixlərində İsveçin Trollhettan şəhərində keçirilən çöl düşərgəsində- SEG Field Campda uğurla iştirak ediblər. 

TƏHSİL.BİZ xəbər verir ki, təlim proqramı İsveçin cənub-qərbində sürüşən sürətli gil laylarının geofiziki tədqiqatlarına həsr olunub.

Uppsala Universiteti Geofizika Cəmiyyəti Tələbə Cəmiyyəti tərəfindən təşkil olunan 5 günlük unikal təcrübə ADNSU tələbələrinə real geoloji şəraitdə geofiziki üsulları tətbiq etmək, ideya və bilik mübadiləsi aparmaq, həmçinin beynəlxalq əməkdaşlıqları gücləndirmək imkanı yaradıb.

Universitet adından Uppsala Universitetində SEG Tələbə Cəmiyyətinin fakültə məsləhətçisi Dr. Mirto Papadopuluya, layihə rəhbəri Yolanta Putnaitəyə və onun komandası — Samuel Zappala və Manos Konstantinidisə göstərdikləri səmimi qonaqpərvərlik və dəstəyə görə təşəkkür edilib.

ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Neft və qaz mühəndisliyi” ixtisasında təhsil alan Mədinə Cəfərzadə və “Geologiya və geofizika mühəndisliyi”ndə təhsil alan Kamilə Rəhimova proqramda uğurla iştirak ediblər.

Belə beynəlxalq təşəbbüslər qlobal akademik tərəfdaşlığın gücünü nümayiş etdirərək yeni nəsil geoloq və geofiziklərin yetişməsinə, tələbə cəmiyyətləri arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

 

 

 

 


 

Xəbər lenti