Logo

ADNSU-da mikromobillik vasitələrinin təhlükəsiz istifadəsi sessiyası keçirilib

23.09.2025 13:44 23 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mikromobillik vasitələrinin (elektrikli skuter, velosiped və s.) düzgün və təhlükəsiz istifadəsinə həsr olunmuş maarifləndirici sessiya təşkil olunub.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirin məqsədi gənclərdə dayanıqlı nəqliyyat vərdişlərinin təşviqi, ictimai məkanda məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılması, eləcə də müasir nəqliyyat tendensiyalarına uyğun şüurlu istifadə bacarıqlarının artırılması olub.

İki hissədən ibarət olan sessiyanın ilk mərhələsində “Mikromobillik” mövzusunda təqdimat keçirilib, maarifləndirici məlumatlar verilib və interaktiv müzakirələr aparılıb. İkinci mərhələ isə praktik skuter təlimi ilə davam edib, burada tələbələr birbaşa təcrübə qazanmaq imkanı əldə ediblər.

Maarifləndirici sessiya interaktiv formatda təşkil olunub və iştirakçılara həm nəzəri biliklər, həm də praktiki bacarıqlar təqdim edilib.

 

 

 

 


 

Xəbər lenti