Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına (ETİHİ) üzv olan 3000 təhsil işçisi üçün yeni fürsət yaradılıb.
TƏHSİL.BİZ xəbər verir ki, təhsil işçiləri “Push30”un təqdim etdiyi xidmətlərdən faydalanacaqlar. “Push30” – ölkənin müxtəlif idman zalları, sağlamlıq və fitness mərkəzlərinə vahid giriş imkanı təqdim edən platformadır. Belə ki, platformaya qoşulan təhsil işçiləri üçün “standart” və “plus” abunəlik paketləri xüsusi güzəştli qiymətlərlə təqdim ediləcək.
Layihəyə Elm Təhsil İşçiləri Həmkarlar İttifaqının hər bir üzvü qoşula bilər.
“Push30” platformasına qoşulmaq istəyən təhsil işçilərindən linkə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Qeydiyyat üçün son gün 25 sentyabrdır.