Logo

Tovuzda “PeşəFest–2025” festivalı keçirilib

23.09.2025 10:52 25 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) “PeşəFest–2025” festivalı Tovuzda keçirilib. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan tədbir gənclərin və şagirdlərin peşə seçiminə dəstək göstərməyi, onların karyera istiqamətində düzgün qərar verməsinə yardım etməyi hədəfləyib.

TƏHSİL.BİZ xəbər verir ki, festivalda millət vəkili Nizami Səfərov, DMA İdarə Heyətinin sədri Sadiq Əliyev, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və digər çıxışçılar “PeşəFest”in gənclərin maraqlarını artırmaqda və əmək bazarının tələblərinə uyğun seçim etmələrində əhəmiyyətini vurğulayıblar.

Festival çərçivəsində kibertəhlükəsizlik, data analitika, turizm təşkilatçısı, qida mühəndisliyi, diş texniki, baytarlıq və digər 14 peşə üzrə təqdimatlar keçirilib, mütəxəssislər iştirakçılara faydalı tövsiyələr veriblər.

 

 

 

 


 

Xəbər lenti