Logo

Həmkarlar ittifaqı üzvləri üçün tibbi müayinə təşkil edilib

26.09.2025 09:32 28 baxış
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən “Görməyə dəyər” sosial layihəsi davam edir.

Layihənin növbəti mərhələsi çərçivəsində elektroenergetika sahəsində çalışan həmkarlar ittifaqı üzvlərinə Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında əməyin təhlükəsizliyinə dair təlim keçirilib.

Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində keçirilən təlimdə Konfederasiyanın əməkdaşları və həkimlər tərəfindən iştirakçılara əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin tələbləri, norma və qaydaları izah edilib, istehsalat qəzaları zamanı ilkin tibbi yardım, peşə xəstəlikləri və digər mövzular barədə geniş məlumat verilib.

Sonra elektroenergetika işçilərinin ödənişsiz tibbi müayinəsi təşkil edilib. Tanınmış oftalmoloqları tərəfindən 100-dən artıq həmkarlar ittifaqı üzvünün göz müayinəsi aparılıb. Gözündə problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib, müvafiq müalicə təyin olunub.

Qeyd edək ki, “Görməyə dəyər” layihəsi çərçivəsində daha əvvəl metropoliten əməkdaşlarının göz müayinəsi həyata keçirilib. Layihə digər sahələrdə çalışan həmkarlar ittifaqı üzvlərini də əhatə edəcək.

 


 

Xəbər lenti