Logo

Həssas qruplardan olan uşaqların sosial inteqrasiyasına dəstək

24.09.2025 16:21 86 baxış
IMG

Sentyabrın 19-dan 21-dək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Hemofiliyalı Xəstələr” İctimai Birliyi tərəfindən "ANA&BALA 7" sağlamlıq yay düşərgəsi təşkil olunub.

Düşərgədə qanın laxtalanma pozuntusundan əziyyət çəkən uşaqlar və onların ailə üzvləri üçün maarifləndirici seminarlar, tibbi müayinələr, təlimlər, həmçinin müxtəlif idman və əyləncə tədbirləri həyata keçirilib.

Tədbir çərçivəsində rəsmi görüş baş tutub, uşaqların iştirakı ilə tamaşalar nümayiş etdirilib. Eyni zamanda 50 şagirdə məktəb ləvazimatları təqdim olunub.

Qeyd edək ki, düşərgənin əsas məqsədi həssas qruplara daxil olan uşaqların sağlamlıq imkanlarının genişləndirilməsinə və onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

 


 

Xəbər lenti