Logo

“Məktəbəqədər təhsildə liderlik” proqramının müsahibə mərhələsi başlayıb

24.09.2025 14:44 91 baxış
IMG

Bu gündən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPUSİM) birgə təşkilatçılığı ilə keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramının II çağırışı üzrə müsahibə mərhələsi başlayır.

TƏHSİL.BİZ xəbər verir ki, proqrama 700-dən çox namizəd müraciət edib, müsahibə şərtlərini ödəyən 545 nəfər müsahibəyə dəvət olunub. Müsahibə prosesinin onlayn formatda keçirilməsi nəzərdə tutulur.

Müsahibə mərhələsi tam yekunlaşdıqdan sonra nəticələr hər bir iştirakçının elektron poçt ünvanına göndəriləcək.

 


 

Xəbər lenti