Logo

TİF sədri "Maarifçi"lərlə görüşüb

26.09.2025 13:57 36 baxış
IMG

Təhsilin İnkişafı Fondunun (TIF) İdarə Heyətinin sədri Elnur Nəsibov "Maarifçi" proqramının iştirakçıları ilə görüşüb.

TƏHSİL.BİZ  xəbər verir ki, 30-dan çox təcrübəçinin qatıldığı görüşdə Elnur Nəsibov TİF-in fəaliyyəti haqqında məlumat verib, onun dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb, gənclərin müasir çağırışlarla bağlı fikirlərini öyrənib. O, gənclərin əmək bazarına öz ixtisasları üzrə daxil olmasının əhəmiyyətini də vurğulayıb. Proqram iştirakçıları ayrı-ayrı məsələləri - ixtisaslarına yiyələnməklə bağlı çətinliklər, ali təhsil səviyyəsində tədris proqramlarının mənimsənilməsi zamanı qarşılarına çıxan problemləri qeyd ediblər. 

E.Nəsibov gənclərə TİF-in fəaliyyəti çərçivəsində mümkün olan dəstəyi verməyə hazır olduqlarını bildirib. Xüsusən “TələbəPlus” kartının imkanlarinin artırılması istiqamətində təkliflərə açıq olduqlarını vurğulayıblar. 

E.Nəsibov görüşün interaktiv keçdiyini deyib, gənclərə uğurlar arzulayıb.

Sonra "Maarifçi" proqramının iştirakçıları "Peerstack academy" layihəsi ilə tanış olublar.

Qeyd edək ki görüşun keçirildiyi yer - Davamlı İnkişaf Mərkəzi də TİF-in Azərbaycan Texniki Universitetində reallaşdırdığı layihələrdəndir.

 

 

 

 


 

Xəbər lenti