Sentyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) II Beynəlxalq Balkanşünaslıq konfransı öz işinə başlayıb.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konfrans iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri BSU-nun rektoru Anar Nağıyev açaraq mövzunun aktuallığına diqqət çəkib. Qeyd olunub ki, konfrans Balkanşünaslıq sahəsində beynəlxalq elmi əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və Azərbaycanla Balkan ölkələri arasında elmi-mədəni əlaqələri daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir:
"Universitet olaraq, bizim üçün yalnız dil və ədəbiyyatların öyrənilmə bilməsi deyil, eyni zamanda bu dillərin daşıyıcıları olan xalqların tarixi, mədəniyyəti və ictimai həyatını tədqiq etmək də son dərəcə önəmlidir. Balkan ölkələri ilə Azərbaycanın tarixən mövcud olan dostluq və əməkdaşlıq əlaqələri, bu sahədə elmi tədqiqatların aparılmasını zəruri edir. Konfransın keçirilməsində qeyd etdiyim kimi əsas məqsədimiz də məhz bu istiqamətləri gücləndirməkdir. Eyni zamanda sevindirici haldır ki, Balkan ölkələrində də Azərbaycanşünaslıq sahəsində maraqlı və dəyərli araşdırmalar aparılır. Biz bu konfrans vasitəsilə həmin araşdırmaları da elmi ictimaiyyətə təqdim etmək və bu sahədə əməkdaşlıqları daha sistemli və davamlı hala gətirməyi planlaşdırırıq".
Anar Nağıyev konfransın məhsuldar keçəcəyinə, burada iştirak edən bir sıra ölkələrin universitetlərləri, onların təmsilçiləri ilə əməkdaşlığın daha da genişləyəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Milli Məclisin sədr müavini Rafael Hüseynov, energetika nazirinin müavini Elnur Soltanov, Şimali Makedoniyanın Skopye Müqəddəs Kiril və Mefodi Universitetinin rektoru Bilyana Angelova,Türkiyənin Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu,Albaniyanın Nyu York Tirana Universitetinin rektoru Ali Güneş,Bolqarıstanın Müqəddəs Kliment, Oxeidski adına Sofiya Universitürinin tədris məsələləri üzrə prorekroru Madlen Danova və başqaları çıxış edərək tədbirin elmi müzakirələrin aparılmasına gözəl fürsətlər yaratmaqla yanaşı, eyni zamanda Azərbaycan ilə Balkan ölkələri,Türk dünyası ilə Balkanlar arasında elm,təhsil,tədqiqatlar mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirəcəyini qeyd ediblər.Çıxışlarda konfransın həmçinin tarixi köklərimizi,ortaq mədəniyyətimizi,müasir əməkdaşlıq imkanlarımızı nəzərdən keçirmək və yeni körpülər qurmaq üçün böyük bir platforma olduğu qeyd olunub.
Konfransa onlayn qatılan ölkəmizin Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov Azərbaycanla-Albaniya arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlıqdan söz açaraq konfransın hər iki ölkənin alim və tədqiqatçıları üçün gələcək elmi fəaliyyətlərində mühüm rol oynacağını söyləyib.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.Musiqili -ədəbii hissə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın ifası ilə yekunlaşıb.
Qeyd edək ki, 4 bölmə üzrə öz işini davam etdirən konfransda geniş Balkan regionunun tarixi,mədəniyyəti etnoqrafiyası, region geosiyasi məkanı, Azərbaycan və Türk dünyası ilə əlaqələrinə dair 100-dən artıq məruzə dinləniləcək.