Logo

Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib

05.05.2025 11:42 104 baxış
IMG

3 May Türk Millətçiliyi Günü münasibətilə Bakı şəhərində əlamətdar bir toplantı keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, BZT Turan Akademiyası tərəfindən təşkil edilən tədbir Türk dünyasının elmi, mədəni və pedaqoji əməkdaşlığını daha da gücləndirməyi hədəfləyirdi.

Toplantıya Özbəkistanın 15-ə qədər nüfuzlu universitetindən — STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti Daşkənd İrriqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu, Özbəkistan–Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti və Daşkənd Dövlət İqtisadiyyat Universiteti daxil olmaqla 40-dan çox müəssisənin nümayəndə heyəti qatılıb. Tədbirdə Türkiyədən də çoxsaylı elm adamları iştirak edib.

Toplantı zamanı Özbəkistan Elm və Təhsil Nazirliyinin Məmun Universiteti və Ürgənc Dövlət Pedaqoji Universiteti vasitəsilə irəli sürülən namizədlər arasından Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Türk dünyasının yorulmaz aşiqlərindən biri olan professor Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib.

2019-cu ildən etibarən bir qrup gənc və təşəbbüskar akademik tərəfindən təsis edilən BZT Turan Akademiyası beynəlxalq konqreslər, simpoziumlar, təlimlər və elmi layihələr vasitəsilə bütün dünyadakı tədqiqatçıları bir araya gətirməyi qarşısına məqsəd qoyub.

Akademiya 27 fərqli ölkədən 68-dən çox elmi qurumla tərəfdaşlıq edir.

 

 

 

 


 

Xəbər lenti