Logo

“Yüksəliş” müsabiqəsinin kadr bankı yaradılıb

05.05.2025 11:07 70 baxış
IMG

“Yüksəliş” müsabiqəsinin kadr bankı yaradılıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev kadr bankının təqdimatında deyib.

O qeyd edib ki, kadr bankına “Yüksəliş” müsabiqəsində idarəetmə bacarıqları ilə fərqlənən, yarımfinal və final mərhələlərində iştirak etmiş 3109 nəfər daxil edilib. Onlar öz peşəkar fəaliyyətləri barədə məlumatları mütəmadi olaraq platforma üzərindən yerləşdirə və yeniləyə bilərlər.

Bu sistem ölkənin istedadlı və yüksək potensiala malik kadrlarının tanıdılması, onların dövlət və özəl sektor tərəfindən işə cəlb olunması baxımından mühüm alət rolunu oynayır.
“Yüksəliş” müsabiqəsinin kadr bankında müxtəlif özəl və dövlət qurumlarının (40-dan çox) profilləri də yaradılıb. Burada vakansiyaları izləmək daha rahat olacaq.

Xəbər lenti