Logo

BANM MBA məzunu Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib

18.04.2025 11:00 172 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) MBA məzunu İbrahim İbrahimov Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, İbrahim İbrahimov 2021-2023-cü illərdə Bakı Ali Neft Məktəbinin MBA proqramında oxuyub. Menecment ixtisasını bitirib. O, “Azərşəkər” MMC-nin İnsan resursları departamentinin rəhbəridir. “ChancePay” MMC-nin həmtəsisçisidir.

İbrahim İbrahimov daha öncə “PASHA Management Company”də İnsan resursları üzrə ekspert mərkəzində baş mütəxəssis, “PMD Hospitality” insan resursları üzrə baş mütəxəssis işləyib. Tələbəlik illərində üçüncü “Yüksəliş” müsabiqəsinin finalçısı olub.


 

Xəbər lenti