Logo

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

10.05.2024 14:18 149 baxış
IMG

Nigeriyada bir qrup naməlum silahlı universitetlərdən birinə basqın edərək tələbələri girov götürüb.

Tehsil.biz xəbər verir ki, “Vanguard” qəzeti bu barədə hadisə şahidlərinə istinadla məlumat yayıb.

İlkin məlumata görə, hadisə Koqi ştatının Osar şəhərindəki Təbiət elmləri və texnologiya universitetində baş verib. Təhlükəsizlik qüvvələri vaxtında müdaxilə edə bilməyib və silahlılar tələbələri qaçıraraq naməlum istiqamətə aparıblar.

Girov götürülən tələbələrin sayı hələ ki, məlum deyil.

Xəbər lenti