Logo

Folklor İnstitutu Beynəlxalq Etnodəb Festivalında təmsil olunub

09.08.2022 16:17 226 baxış
IMG

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində Tatarıstan Mədəniyyət Nazirliyi, Mədəniyyət Sferasında İnnovasiyaların Tətbiqinin və Ənənələrin Qorunmasının Resurs Mərkəzi, Kazan Federal Universitetinin birgə təşkil etdiyi “Həyat dəbi-mədəni kod” adlı II Beynəlxalq Etnodəb Festivalı çərçivəsində “Müasir mədəniyyətin epik konstantı: milli eposların qorunması və populyarlaşdırılması problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Folklor İnstitutundan bildirilib ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlilovun “Mədəni institut və mənəvi dəyər konseptlərinin qorunması və ötürülməsində eposun rolu” mövzusunda məruzəsi dinlənilib.

Konfransda mütəxəssislər müasir dövrdə ənənəvi mədəniyyətin, o cümlədən eposun qorunması və yaşadılması problemlərini müzakirə ediblər.

Müzakirə nəticəsində humanitar institutların qorunmasının əhəmiyyəti vurğulanıb, mənəvi dəyərləri öyrənən və populyarlaşdıran elmi-tədqiqat institutlarına dövlət dəstəyinin artırılmasının vacibliyi qeyd olunub, eposun qorunması, onda daşınan humanizm ideyaları və dövlətçilik dəyərlərinin gələcək nəsillərə çatdırılmasının önəmini ifadə edən elmi qətnamə hazırlanıb.

Xəbər lenti