Logo

DİM: "Təkrar buraxılış imtahanları üçün də vətəndaşlara şərait yaradırıq"

25.01.2022 16:11 459 baxış
IMG

"DİM maksimum dərəcədə daxil olan müraciətləri nəzərə alır".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.

O qeyd edib ki, vətəndaşlar özləri də müəyyən etməlidilər ki, hansı imtahanda iştirak etmək istəyirlər, attestasiya imtahanında, yoxsa beynəlxalq imtahanda: "Sonradan bu müraciətlərə fərdi şəkildə baxıla bilər. Təkrar buraxılış imtahanları üçün də vətəndaşlara şərait yaradırıq ki, hüquqlarını təmin edək. Qəbul, buraxılış imtahanları kütləvi olduğu üçün ümumrespublika üzrə tədbirləri nəzərə alıb bu qrafiki müəyyən edirik. 12 martda buraxılış imtahanı da, SAT imtahanı da olacaq, amma SAT imtahanı kütləvi imtahan deyil ki, günləri nəzərə alaq”.

Xəbər lenti