Logo

TKTA-da vətəndaşların videoqəbulu davam edir

21.09.2021 18:31 313 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 6 sentyabr 2021-ci il tarixindən etibarən start verilən vətəndaşların videoqəbul prosesi davam edir.

Tehsil.biz xəbər verir ki, videoqəbulların keçirilməsində məqsəd TKTA tərəfindən göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların məmnuniyyətinin təmin olunmasıdır.

Vətəndaşlar öncədən videoqəbula yazılaraq Agentliyin struktur bölmə rəhbərləri ilə onlayn görüşdə iştirak edə bilirlər. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Videoqəbul” bölməsi (https://edu.gov.az/az/contact) üzərindən elektron müraciət olunmaqla videoqəbula yazıla bilərlər.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2021-ci il noyabrın 1-dək dayandırılıb.

Xəbər lenti