Logo

Rektor: Universitetlər yüksəkkeyfiyyətli xidmətlər göstərməlidir

26.09.2025 08:49 90 baxış
IMG

“Universitetlər kommersiya sektoru ilə səmərəli əməkdaşlıq edə bilsələr, yalnız güclü insan kapitalının yeni nəslini yetişdirməklə kifayətlənməyəcək, həm də dəyərli xidmətlər təqdim edə biləcəklər”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyev Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin ikinci günündə “Avrasiya əməkdaşlığının gələcəyini formalaşdırmaq” mövzusuna həsr olunmuş panel müzakirə zamanı deyib.

O qeyd edib ki, universitetlər müəyyən yüksəkkeyfiyyətli xidmətlər göstərməlidir:

“Bu transmilli araşdırmalar, məlumat analitikası ola bilər. Bunlar universitetlərin töhfə verə biləcəyi sahələrdən bəziləridir və bu onların müstəqil kommersiya qurumları ilə işləmək qabiliyyətini gücləndirər”. 

Eyni zamanda, o xatırladıb ki,  inkişaf üçün həmişə imkan var: 

“Universitetlərin bu sahədə böyük potensialı var. Tələbələr müəyyən bir layihə üzərində işləyə bilməli, məxfilik məsələlərinin vacib olduğunu, həssaslığın önəm daşıdığını anlamalıdırlar. Lakin burada çoxlu bürokratiya var idi. İnternet və açıq mənbə arasında təhlükəsiz bir çərçivənin inkişafı üçün böyük potensial mövcuddur. Ümid edirik ki, müəyyən dərəcədə bu çərçivə daxilində açıq mənbə sistemində məxfilik məsələləri təmin oluna bilər”.


 

Xəbər lenti