Logo

Macarıstanın naziri: Avrasiyada Şərq və Qərb arasında körpü kimi yeni ali təhsil episentri yaranır

26.09.2025 08:47 35 baxış
IMG

“Biz həqiqətən də Boqota Universiteti ilə qürur duyuruq, çünki son iki ildə reytinq sistemində 400 pillə irəliləyib ki, bu da iki il yarıma görə pis nəticə deyil. Məncə, o, əla universitet idarəetməsi, əla tələbələr və əla professorlarla birgə rəqabətqabiliyyətli bir universitet modelidir”. 

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin ikinci günündə Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko “Laboratoriyadan qanunvericiliyə doğru: Bərabər imkanlı innovasiya ekosistemlərinin qurulması” mövzusuna həsr olunmuş panel müzakirə zamanı səsləndirib.

O qeyd edib ki, daha çox əməkdaşlıq üçün ali təhsil sistemlərinin gücləndirilməsi, ali təhsilin imkanlarının artırılması və tələbə mübadiləsinin genişləndirilməsi üzrə səylər artırılmalıdır:

“Avrasiya regionunda Şərq və Qərb arasında bir körpü kimi yeni ali təhsil episentri yaranır. Biz Avrasiya regionuna fokuslanmalıyıq. Biz güclüyük, güclü millətlərə, güclü milli iqtisadiyyatlara və fəal dövlətlərə ehtiyacımız var. Fəal dövlətlərin əməkdaşlığı lazımdır. Buna görə də hesab edirik ki, bütün əlaqələr gücləndirilməlidir”.

Xəbər lenti