Logo

Texnologiya Universitetində yeni tədris otaqları istifadəyə verilib

18.09.2025 15:09 33 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində universitet-sənaye əməkdaşlığı çərçivəsində yenidən qurulmuş 2 tədris otağının açılışı olub.

Universitetdən TƏHSİL.BİZ-in bölgə müxbirinə verilən məlumata görə, rektor Yaşar Ömərov “Təmas” Regional İnkişaf İctimai Birliyinin rəhbəri Südabə Məmmədova və "BuildX" şirkətinin təsisçisi Məmmədağa Bayramovla birgə otaqlarda yaradılan şəraitlə tanış olublar.

Rektor universitet-sənaye əlaqələrinin tələbələrin praktiki bilik və bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını, bu kimi dəstəyin əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına töhfə verəcəyini bildirib.

Müəssisə rəhbərləri öz növbəsində gələcək layihələrdə birgə fəaliyyətin davam etdiriləcəyini deyiblər.

Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində yerləşən bu otaqlardan biri – dizayn emalatxanası “Təmas” Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlib. Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının nəzdində yaradılan emalatxana tikiş üçün zəruri texnika və mebel avadanlıqları ilə tam təchiz edilib.

Digər tədris otağı isə Texnologiya Universiteti ilə "BuildX" şirkəti arasında imzalanmış anlaşma memorandumu əsasında qurulub. 15 nəfərlik bu auditoriyada dərslərin keçirilməsi üçün tam şərait yaradılıb.

Xəbər lenti