Logo

Azərbaycan və Çin birgə elmi-tədqiqat platformaları yaradacaq

23.04.2025 12:03 251 baxış
IMG

“Tərəflər elmi-tədqiqat müəssisələrini və alimləri qarşılıqlı maraq doğuran mövzularda birgə tədqiqatların aparılmasına, texnologiya transferinə və əldə olunan nailiyyətlərin kommersiyalaşdırılmasına təşviq edəcəklər”.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun tərəfindən imzalanmış protokolda qeyd olunub”.

Sənədin imzalanması ilə tərəflər, eyni zamanda, müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi institutlarının inkişafına dəstək göstərmək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək barədə razılığa gəliblər.

Həmçinin iki ölkənin təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması da protokolda əksini tapıb.

Bununla yanaşı, birgə elmi-tədqiqat platformalarının yaradılması da nəzərdə tutulur.

Xəbər lenti