Logo

Dilçilik İnstitutu Qazaxıstan Milli Avrasiya Universiteti ilə əməkdaşlıq edəcək

22.04.2024 17:18 113 baxış
IMG

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Milli Avrasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Qeyd olunub ki, memorandumu Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli və Qazaxıstan Milli Avrasiya Universitetinin Qazax Dil Bilimi bölümünün professoru Kuanışbek Kenzhalin imzalayıblar. Sənəddə Qazaxıstanın ali təhsil müəssisəsi ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, elmi kadrların hazırlanması sahəsində, birgə beynəlxalq konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Kuanışbek Kenzhalin bildirib ki, bu müqavilənin imzalanması Azərbaycan ilə Qazaxıstan arasında mövcud münasibətlərin inkişafına təkan verəcək.

Görüş zamanı ikidilli lüğətlərin hazırlanması məsələsi müzakirə olunub.

Xəbər lenti