Logo

Almaniyada avtobusun qəzası: 27 məktəbli yaralandı

21.04.2024 20:32 133 baxış
IMG

Almaniyada avtobusun qəzaya uğraması nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb.

Tehsil.biz bu barədə polisin məlumatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib.

Belə ki, naməlum səbəbdən ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb.

Avtobusda 73 nəfər, həmçinin Marburqdan olan orta məktəb şagirdləri və müəllimlərinin olduğu bildirilir. Onlar Böyük Britaniyaya gedirmişlər.

Xəbər lenti