Logo

İranda tələbələr geyimə görə universitetə buraxılmırlar

21.04.2024 10:24 109 baxış
IMG

Tehranın Əmirkəbir Texnologiya Universitetinin qız tələbələri geyimlərinə görə universitetə buraxılmırlar.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, tələbələrin laboratoriya geyimi ilə belə binaya giriş icazələri yoxdur.

Bildirilib ki, İran universitetlərində məcburi hicab qaydalarına riayət etməyən tələbələrə sərt xəbərdarlıq edilib.

Xəbər lenti