Logo

TKTA ilə Moldovanın Təhsil və Tədqiqatda Milli Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq edəcək

02.06.2023 16:11 342 baxış
IMG

Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) ev sahibliyi ilə keçirilən Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) Baş Assambleyası çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Moldova Respublikasının Təhsil və Tədqiqatda Milli Keyfiyyət Təminatı Agentliyi (ANACEC) arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

TKTA İdarə Heyətinin sədri Ülkər Səttarova və ANACEC prezidenti Andrey Chiciuc tərəfindən imzalanan memorandum ali və peşə təhsili istiqamətində xarici keyfiyyət təminatı təcrübəsinin qarşılıqlı öyrənilməsi və müştərək layihələrin təşkilini özündə ehtiva edir.

Qeyd etmək lazımdır ki, CEENQA Baş Assambleyasının budəfəki iclası “Keyfiyyət təminatı agentliklərində keyfiyyət mədəniyyəti və insan resursları” mövzusuna həsr olunub. İki gün davam edəcək CEENQA Baş Assambleyasında TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova və Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov iştirak edir.

Xəbər lenti