Logo

“Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri“ mövzusunda təlim təşkil olunub

18.03.2022 11:56 399 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 2-17 mart 2022-ci il tarixlərində dövlət qulluqçuları üçün “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri “ mövzusunda onlayn təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə  iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, Mərkəz fevral-mart ayları ərzində “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”,“Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə  təlimlər keçirib.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda DİM tərəfindən təlimlərin təşkil olunmasının davam etdirilməsi nəzərdə tutulur.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti