Logo

Nazir Salyanda vətəndaşları qəbul edəcək

02.10.2025 12:30 120 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev 31 oktyabr tarixində Salyan şəhərində vətəndaşları qəbul edəcək. 

TƏHSİL.BİZ  xəbər verir ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.  

Adları çəkilən şəhər və rayonların sakinləri 17 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Xəbər lenti