Şərqi London Universiteti (University of East London, UEL) Bakıda filial açmaq imkanını nəzərdən keçirir.
TƏHSİL.BİZ “Report”a istinadən xəbər verir ki, bunu Lordlar Palatasının üzvü və universitetin rektoru lord Aamer Şarfraz (Lord Aamer Sarfraz) deyib.
"Azərbaycanlı tələbələrin Böyük Britaniyada təhsil almağa artan marağını görmək xoşdur. Mən bu ildən 40 min tələbənin təhsil aldığı böyük təhsil müəssisəsinin - Şərqi London Universitetinin rektoruyam. Biz Azərbaycanda kampus açmaq istərdik", – lord qeyd edib.
O, iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsinin və tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.