Mingəçevir Dövlət Universitetində (MDU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş guşələr yaradılıb.
TƏHSİL.BİZ xəbər verir ki, MDU-nun bütün tədris binalarının kitabxanalarında hazırlanmış guşələrdə 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsini əks etdirən fotolar, qəzet yazıları, məqalələr və kitablar yer alıb.
Guşənin yaradılmasında məqsəd xalqımızın qan yaddaşına çevrilmiş 27 Sentyabr – Anım Günü haqqında tələbə gəncləri maarifləndirməkdir.
Qeyd edək ki, universitetdə Vətən müharibəsinin 5 illiyi münasibətilə MDU-nun Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.