Logo

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

18.09.2025 09:24 85 baxış
IMG

Sentyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SABAH.academy”nin dəstəyi ilə “Sahibkarlığın əsasları və biznesə giriş” fənninin tədrisinə start verilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Bildirilib ki, fənnin mühazirələri dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan “IE Business School”un professorları tərəfindən aparılır, seminar məşğələləri isə yerli startup ekosistemindən dəvət olunmuş ekspertlər tərəfindən keçirilir. Təlimçilər arasında “IE Business School”un professoru və Sabah Venture Studio-nun İcraçı Məsləhətçisi Alberto Levy də yer alır.

Qeyd edilib ki, fənn 1 semestr (15 həftə) davam edəcək və proqramda İqtisadiyyat və menecment fakültəsi (İMF), İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) tələbələri, həmçinin SABAH qruplarının 2-ci və 4-cü kurs tələbələri iştirak edirlər.

Proqramı uğurla tamamlayan tələbələr müəyyən edilmiş meyarlara əsasən “SABAH.academy” və “IE Business School” tərəfindən beynəlxalq sertifikatla təltif ediləcəklər.

Bu təşəbbüs tələbələrin sahibkarlıq üzrə nəzəri və praktiki biliklərini artırmaqla yanaşı, onların qlobal biznes mühitinə inteqrasiyasına da mühüm dəstək verir.

 

 

 

 


 

Xəbər lenti