Logo

Rusiyanın federal universitetlərində 16 hərbi təlim mərkəzi yaradılacaq

27.12.2022 22:31 335 baxış
IMG

Rusiyanın baş naziri Mixail Mişustin federal universitetlərdə hərbi təlim mərkəzlərinin yaradılması haqqında fərman imzalayıb.

Tehsil.biz "RİA Novosti"yə istinadən xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.

“Federal dövlət ali təhsil təşkilatlarının nəzdində hərbi təlim mərkəzləri yaradılsın”, - sərəncamda deyilir.

Sənədə əsasən, onlar 13 regionda - Həştərxan, Kirov, Amur, İjevsk, Lipetsk, Novqorod, Orel, Pskov, Saxalin, Smolensk, Tümen, Voloqda, Yaroslavl və üç respublikada - Mordoviya, Çeçenistan və Marida çıxış etməli olacaqlar.

Xəbər lenti