Logo

Norveç və Azərbaycan məktəbliləri Həmrəylik Gününü qeyd ediblər

27.12.2022 22:04 292 baxış
IMG

Norveç və Azərbaycan məktəblilərinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Vətən sevgisi” adlı birgə tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, onlayn formatda baş tutan tədbirdə Bakı şəhəri 220 saylı məktəb-liseyin müəllimi Xanım Qasımova, Oslo şəhərindəki Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva və şair Zaur Ustac çıxış ediblər. Onlar bayram münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik edib, Həmrəylik Gününün tarixi əhəmiyyətindən, soydaşlarımızın birlik və vətənpərvərlik ideyası ətrafında sıx birləşməsinin önəmindən danışıblar.

Sonra hər iki məktəbin şagirdləri Azərbaycana, vətənə, bayrağa, həmrəyliyə həsr olunmuş mahnılar və şeirlər səsləndirib, çəkdikləri rəsmləri nümayiş etdiriblər.

Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin adından hər iki məktəbin şagirdlərinə müxtəlif kitablar hədiyyə edilib.

Xəbər lenti