Logo

"Qızıl Qartal"a onlar namizəd oldu

27.12.2022 19:43 344 baxış
IMG

Rusiya Milli Kino Sənəti və Elmləri Akademiyası 2022-ci il üçün "Qızıl Qartal" mükafatının namizədlərinin adları açıqlanıb.

Tehsil.biz rus mətbuatına istinadən xəbər verir ki, “Ən yaxşı film” adına namizədlər arasında rejissor Anton Meqerdiçevin "Parma ürəyi", Pyotr Todorovskinin “Sağlam adam”, Andrey Kravçukun “Bir vaxtlar səhrada”, Sergey Mokritskyin “Birinci Oskar”, Aleksey Sidorovun "Dünya çempionu" filmləri yer alıb.

Film nominasiyasında ən yaxşı aktrisaya İrina Starşenbaum ("Sağlam adam"), Darya Zhovner ("Birinci Oskar") və Yelena Erbakova ("Parmanın ürəyi") namizəd olublar. Ən yaxşı aktyor nominasiyasında isə mükafat uğrunda Nikita Efremov ("Sağlam adam"), Anton Momot ("Birinci Oskar") və İvan Yankovski ("Dünya çempionu") mübarizə aparacaqlar.

“Ən yaxşı televiziya serialı” nominasiyası üzrə namizədlər arasında rejissor Nurbek Egenin “Alibi”, Dmitri İosifovun “Elizabet” və Anna Parmasın “İzləm və cəza” filmləri var. Ən yaxşı onlayn platforma seriyası adı uğrunda isə rejissor Konstantin Statskinin “Sizin şərəfiniz”, Yevgeni Stıçkin və Sergey Trofimovun “Sıfır xəstəsi”, Timur Alpatovun "Rəssam" adlı ekran işləri birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, 21-ci dəfə keçirilməsi planlaşdırılan mərasim gələn il yanvarın 27-də keçiriləcək.

Xəbər lenti