Logo

Yessenov Universitetində Həmrəylik Günü qeyd edilib - FOTO

26.12.2022 16:44 267 baxış
IMG

Qazaxıstanın Aktau şəhərində yerləşən Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə universitetin Beynəlxalq münasibətlər və turizm kafedrasının baş müəllimi, Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov açıb. Mərkəz rəhbəri öncə Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətini tələbələrin nəzərinə çatdırıb. Sonra Azərbaycanın və türk dövlətləri xalqlarının taleyində tarixi xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının birləşməsindəki müstəsna roluna diqqəti cəlb edib.

Tədbir həmrəylik gününə həsr olunmuş videoçarxların nümayişi ilə davam etdirilib.

Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin tələbələri Kənan Qasımlı, Vüsalə Əsgərova və Aytac Nağıyeva çıxış edərək, soydaşlarımızı bayram münasibətilə təbrik edib və Həmrəylik Gününün əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Azərbaycan və Qazaxıstan xalqları arasında mənəvi yaxınlaşma və ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində fəallıqlarına görə tələbələrə Azərbaycan Mərkəzi adından təşəkkürnamələr təqdim olunub.

Xəbər lenti