Logo

Məşhur aktyor vəfat etdi

26.12.2022 12:57 283 baxış
IMG

Kino və televiziya aktyoru Ronan Vibert vəfat edib.

Tehsil.biz xəbər verir ki, "Qar adamı", "Pianoçu", "Vampirin kölgəsi" və "Borgias" kimi filmləri ilə tanınan aktyor 58 yaşında vəfat edib.

1964-cü ildə Kembridşirdə anadan olan Ronan Vibert aktyorluq karyerasına 80-ci illərin sonlarında başlayıb. Vibert Roman Polanskinin "Pianoçu", "Vampirin kölgəsi" və "Lara Croft Tomb Raider: Həyatın beşiyi" filmlərində çəkilib.

Xəbər lenti