Logo

Seuldakı universitetlərin tələbələrinə Azərbaycan həqiqətlərindən bəhs edilib - FOTO

24.12.2022 19:40 429 baxış
IMG

Koreya Respublikasının paytaxtı Seul şəhərində yerləşən 5 universitetin kampusunda Azərbaycan həqiqətləri barədə məlumatlandırıcı aksiya keçirilib.

"Tehsil.biz"in məlumatına görə, “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı 500 nəfər tələbəyə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlətimiz tərəfindən aparılan quruculuq və bərpa işləri barədə ətraflı məlumat verilib.     

Tələbələrə “Xarı bülbül” loqosu ilə bəzədilmiş ekoçantalar, üzərində Azərbaycan atributları əks olunan qələm, yaddaş stikeri və qovluğun daxil olduğu hədiyyə paketləri, Azərbaycan həqiqətlərinə dair məlumat kitabçaları təqdim edilib. Kitabçalarda Qarabağ həqiqətlərindən, Zəfər Günündən, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Vətən müharibəsi dövründə Gəncə, Bərdə və digər şəhərlərimizdə mülki əhaliyə qarşı törədilmiş hərbi cinayətlərdən bəhs edilib.

Yonsei Universitetini, Seul Milli Universitetini, Seul Universitetini, Koreya Universitetini və Koreya Xarici Tədqiqatlar Universitetini əhatə edən aksiyada azərbaycanlı tələbələr Nazim Mikayıllı, Fidan Abdullayeva, Könül Bədəlova, Nərgiz Gülmalıyeva, Simuzər Əliyeva və Leyla Əhmədova  iştirak ediblər. Hədiyyələrin dizaynı Seul Milli Universitetinin tələbəsi Fidan Abdullayeva tərəfindən hazırlanıb. 

Xəbər lenti