Logo

BMU ilə BİSTU arasında əməkdaşlığın əsas istiqamətləri razılaşdırılıb

23.09.2025 16:30 44 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti (BİSTU) arasında onlayn görüş təşkil edilib.

BMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, görüşdə bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlıq strategiyası, o cümlədən Çinin ali təhsil müəssisələri ilə qurulan səmərəli əlaqələr barədə ətraflı məlumat verib.

BİSTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru və Beynəlxalq Təhsil Kollecinin dekanı professor Li Zhuo təmsil etdiyi universitetlə bağlı təqdimatı diqqətə çatdırıb.

Bu il BMU nümayəndə heyətinin Çinə səfəri çərçivəsində bu universitetlə keçirilmiş görüşün davamı olaraq tərəflər arasında gələcək əməkdaşlıq imkanları geniş müzakirə edilib. Bakalavriat və magistratura səviyyələri üzrə ikili diplom proqramlarının yaradılması, tələbə-müəllim mübadiləsi və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, ilkin razılıq əldə olunub.

Xəbər lenti