Beynəlxalq STEAM Azərbaycan Festivalında Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə iştirak edəcək komandaların sayı məlum olub.
TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq idarədən bildirilib ki, Şirvan şəhəri üzrə 30, Neftçala rayonu üzrə 8 komanda olmaqla, ümumilikdə 38 komanda Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edəcək.
Komandalar aşağıdakı kateqoriyalar üzrə festivala hazırlaşır: “VidX” - 8 komanda, “VEX IQ Competition” - 1 komanda, “Mechatronics”- 2 komanda, “Boat Racing” - 1 komanda, “FlyTech" - 1 komanda, “RoboSoccer” - 1 komanda, “Fast and Furious” - 1 komanda, “Imagination to reality” CNC - 1 komanda, “NextGen Creators” 3D çap - 1 komanda, “Rolling minds” - 3 komanda, “Robogames” - 6 komanda, “İnnovation and Entrepreneurship”- 2 komanda, “Engineers of Future”- 8 komanda, “Submerged”- 2 komanda.
Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2021-ci ildən etibarən hər il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə həyata keçirilir. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.