Logo

MEK-in elmi katibinə QAİ-nin üzvlük vəsiqəsi təqdim edilib

30.04.2024 21:13 187 baxış
IMG

Qərbi Azərbaycan İcmasının (QAİ) Mehri icmasının kənd sədrləri və icmanın üzvləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qarşıda duran vəzifələrinin də müzakirə olunduğu görüşdə icmanın işi ilə əlaqəli üzvlərə ətraflı məlumat verilib.

Görüşdə QAİ-nin bir qrup üzvünə, o cümlədən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının elmi katibi, Zəngəzur mahalının Mehri rayonun Nüvədi icmasının Gənclər Təşkilatının sədri Şəbnəm Rüstəmovaya Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqəsi və döş nişanı təqdim edilib. Vəsiqəni QAİ-nin Müşahidə Şurasının üzvü Mehri rayon icmasının sədri, akademik Fikrət Əliyev təqdim edib.

Xəbər lenti