"Bu gün təhsilin keyfiyyəti, reallıq və göstəricilər vacib məsələdir".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanın dövlət strategiyasında sosial siyasət və təhsil öz əksini tapıb:
"Bu istiqamətdə qarşıya qoyulan hədəflərdə müxtəlif resurslardan yararlana bilirik. Şagirdin biliyinin qiymətləndirilməsi məsələsində ünsiyyət məsələsi çox vacibdir, çünki ortaq kommunikasiya əsasdır".
Kənan Nağıbəyli