Logo

Serbiya ilə Çin İqtisadiyyat, Ticarət, Mədəniyyət və Turizmin Təşviqi Assosiasiyası yaradıb

17.01.2024 22:46 153 baxış
IMG

Serbiya və Çin arasında İqtisadiyyat, Ticarət, Mədəniyyət və Turizmin Təşviqi Assosiasiyası yaradılıb.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Serbiyanın mədəniyyət naziri Maya Qoykoviç bu assosiasiyanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yaradıldığını və ölkəsinin Çin tərəfindən başlayan qlobal inkişaf təşəbbüslərinə sadiq olduğunu qeyd edib. O, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində son on ildə Serbiyada fəal iş aparıldığını, bu uğurlu əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinin vacibliyini bildirib.

“Bir kəmər, bir yol” təşəbbüsü rəsmi Belqradın Pekinlə uzunmüddətli strateji münasibətlərində mühüm yer tutur. Təşəbbüs çərçivəsində Serbiyada on il ərzində azı 18,7 milyard avro dəyərində layihələr reallaşdırılıb, 61 layihə isə tamamlanma mərhələsindədir. Balkan regionunda isə Çin şirkətlərinin iştirakı ilə ümumilikdə 32 milyard avro dəyərində 135 layihə həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Pekində keçirilən 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Serbiya və Çin arasında azad ticarət sazişi imzalanıb.

Xəbər lenti