Logo

İsfahanda 258 məktəb yerin çökməsi təhlükəsi ilə üzləşib

17.01.2024 21:17 156 baxış
IMG

İranın İsfahan əyalətində 258 məktəb yerin çökməsi təhlükəsi ilə üzləşib.

Tehsil.biz Azad İran-a istinadən xəbər verir ki, bu haqda İranın Yol, Mənzil və Şəhərsalma Araşdırma Mərkəzinin Zəlzələ və Risklərin İdarə Edilməsi Departamentinin direktoru Əli Beytullahi açıqlama verib.

“İsfahanda 371-dən çox təhsil mərkəzi çökmə zonasında yerləşir. 

Bizdə başqa şəhərlərdə belə statistika yoxdur. Bu məktəblərin bəziləri köhnədir və torpaq çökəndə həmin məktəblər daha çox zədələnir.

Torpağın çökmə sürəti Xorasan və Tehranda daha çoxdur, lakin bu vəziyyət İsfahan şəhəri ərazisində aktivləşdiyindən İsfahanda risk ölkənin digər bölgələrinə nisbətən daha yüksəkdir", - deyə Əli Beytullahi bildirib.

Xəbər lenti