Logo

İrəvanda iranlı şairin divanının erməni dilinə tərcüməsinin təqdimatı keçiriləcək

15.01.2024 19:10 131 baxış
IMG

Fevralın 19-da İrəvanda fars şairi Sədi Şirazinin divanının erməni dilinə tərcüməsinin m təqdimat mərasimi keçiriləcək.

Tehsil.biz "Azad İran"a istinadən xəbər verir ki, bununla bağlı İranın Ermənistandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed kitabın naşiri Zəngak Çap və Nəşriyyat Evinin rəsmiləri ilə görüşüb.

Ermənistanın Zəngak Nəşriyyatının direktoru Amen fars dilində kitabların erməni dilinə tərcümə və nəşrinə hazır olduğunu bildirib.

Görüşdə fevralın 27-də İrəvandakı Göy məsciddə "kitab hədiyəsi günü" ilə bağlı mərasimin keçirilməsi qərara alınıb. Mərasimə erməni İranşünaslar və tərcüməçilərin dəvət olanacağı nəzərdə tutulur. 

Hafiz Şirazinin qəzəllərindən 300 qəzəli erməni dilinə erməni tərcümə edən mütəxəssis George İbrahimiyan tərcümə edib.

Xəbər lenti