Logo

Türkiyədə 95 tələbə qidadan zəhərlənib

15.01.2024 15:53 165 baxış
IMG

Türkiyənin Kastamonu şəhərində 95 tələbə qaldıqları yataqxanada qidadan zəhərlənib.

Tehsil.biz “CNN Türk” ə istinadən xəbər verir ki, bu barədə Kastamonu valiliyindən bildirilib.

Qeyd olunub ki, zəhərlənənlərdən 72-si xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onların vəziyyəti yaxşıdır və həyatları üçün təhlükə yoxdur.

Tələbələrin axşam yeməyi zamanı tantunidən zəhərləndikləri bildirilib. Yeməkdən bir müddət sonra onlarda ürək bulantısı, baş gicəllənməsi kimi hallar müşahidə olunub.

Hadisə ilə bağlı tədqiqat başladılıb.

Xəbər lenti