Logo

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13.10.2025 13:55 61 baxış
IMG

Oktyabrın 10-da “BP Azərbaycan” şirkəti tərəfindən yaşıl enerji istiqamətli ixtisaslar üzrə peşə təhsil mərkəzində təhsilverənlərin praktiki və nəzəri biliklərinin təkmilləşdirilməsi üçün təlim təşkil olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, təlim Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “BP Azərbaycan” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilib. Təlim proqramı “Alternativ enerji və qurğu avadanlıqlarının istismarı” və “Günəş panelləri quraşdırıcısı və təmirçisi” ixtisaslarını əhatə edib.

Alternativ enerji sahəsində fəaliyyət göstərən peşəkar təcrübəyə malik mütəxəssislər tərəfindən təhsilverənlərə alternativ enerji panellərinin texniki xüsusiyyətləri, düzgün quraşdırılma metodları, texniki baxım qaydaları və bu istiqamətdə tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib.

Təlimin əsas məqsədi iştirakçıların alternativ enerji sistemləri sahəsində nəzəri biliklərini möhkəmləndirmək və günəş panellərinin quraşdırılması, istismarı və texniki xidməti üzrə praktik bacarıqlarını artırmaq olub.

Təlim iştirakçıları mərkəzin “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” emalatxanasında nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərdə də iştirak ediblər. 

Qeyd edək ki, bu emalatxana 30 iyul 2025-ci il tarixində istifadəyə verilib və alternativ enerji üçün qurğu və avadanlıqlarla işləmək üçün müasir tədris şəraiti təmin edir.

Xəbər lenti