Logo

Azərbaycan gənc müəllimlərin sayına görə OECD ölkələrini geridə qoyur

13.10.2025 10:39 54 baxış
IMG

Azərbaycanda müəllimlərin orta yaşı 45-dir ki, bu da OECD  ölkələrində və məlumatların mövcud olduğu ərazilərdə müəllimlərin orta yaş həddindən (45 yaş) statistik cəhətdən fərqlənmir.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən açıqlanmış TALIS 2024 (Teaching and Learning International Survey) hesabatının Azərbaycana aid hissəsində qeyd olunur. Bildirilir ki, müəllimlərin 36%-i 50 və ya daha yuxarı yaşda olanlardır (OECD-nin orta yaş göstəricisi 37%-lə müqayisə oluna bilər), 13%-i isə 30 yaşdan aşağıdır (OECD üzrə orta hesabla 10%-dən yüksəkdir).

Qeyd edək ki, Litva və Portuqaliyada müəllimlərin orta yaşı 51, Latviyada isə 50-dir. Türkiyədə müəllimlərin orta yaşı, əksinə, 38, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistanda isə təxminən 39-dur. Estoniya, Macarıstan, Latviya, Litva və Portuqaliyada hər ikinci müəllimin yaşı 50-dən yuxarıdır. 

TALIS müəllimlər və direktorlar arasında ən böyük beynəlxalq sorğudur. Beynəlxalq səviyyədə müqayisə edilə bilən məlumatları toplamaqla TALIS sorgular vasitəsilə müəllim və idarəçilərdən əldə olunmuş rəylərin təhsil siyasətinin hazırlanmasında təmsil olunmasını təmin edir. 

Tədqiqat 2024-cü ildə orta məktəb müəllimləri və direktorlarından toplanmış cavablara əsaslanan nəticələri təqdim edir. O, yalnız statistik əhəmiyyətli fərqlər və ya dəyişiklikləri şərh edir.

 


 

Xəbər lenti