Logo

ATMU-da “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı olub

10.10.2025 14:37 68 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm işi kafedrasında “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib. ATMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə kafedra müdiri dosent Hafiz Hüseynov bu kitabın təqdimatı ilə bağlı ölkəmizdə silsilə tədbir keçirildiyini söyləyib. O, Qərbi Azərbaycan həqiqətləri haqqında sistemli iş aparıldığını, eyni zamanda, Qərbi Azərbaycan İcmasının BMT-yə təqdim etdiyi 10-dan artıq rəsmi sənədin üzv ölkələr arasında geniş yayıldığını deyib.

“Ulu babalarımızın məzarları Zəngəzurdadır, Göyçədədir, Dərələyəzdədir, İrəvandadır və bütövlükdə Qərbi Azərbaycan torpaqlarındadır”, - deyən H.Hüseynov yaşından asılı olmayaraq hər bir vətən övladının ulu torpaqlara qayıtmaq uğrunda mübarizəyə hazır olmasının vacibliyini bildirib.

Xəbər lenti